slide-4.png
More Website Templates @ TemplateMonster.com - Mrach 03, 2012!



SU HƏYATDIR TƏMİZ SU SAGLAM HƏYATDIR ! 

Su - yer üzündə həyatın əsasıdır. Bu gün isə, texnologiya təkmilləşdirilməsinə baxmayaraq, təmiz su problemi hələ də son dərəcə ciddidir.

SU Nədir ?

 Su (H2O)  hidrogenin oksigenlə adi şəraitdə davamlı olan sadə kimyəvi birləşməsidir. Rəngsiz (qalın təbəqələri göyümtül), dadsız və iysiz mayedir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir.

Yer kürəsinin 2/3-i sudan ibarətdir. Amma "su – həyat mənbəyidir" fikri bundan xeyli əvvəl səslənib. Sonralar isə insana aydın olub ki, su – elə həyatın özüdür. Dünyadakı bütün canlıların (bitkilər, heyvanlar, insanlar) orqanizmi bu və ya digər nisbətdə, sudan ibarətdir. 

editors

.

Ortalama olaraq, insan bədənin 78%-i sudan ibarətdir. Suyun sanitariya-gigiyenik əhəmiyyəti böyükdür.

Su – həlledicidir
Su çox universal mühitdir. İnsanın qidasını təşkil edən nemətlərin böyük əksəriyyəti suda həll olur. Su olmasa, insanın həzm prosesi pozular – orqanizmin qidalanması mümkün olmaz. Belə ki, bütün qida maddələri yalnız suda həll olmuş vəziyyətdə (sulu məhlul halında) insanın həzm sistemi tərəfindən "emal" oluna bilir.

Evimizə daxil olan suyun tərkibi


İstehsal olunan içməli su nə qədər saf və sağlıqlı olursa olsun, evinizdəki su kranına gələnə qədər şəffaflığında və dadında itkilər olur, keyfiyyəti azalır. Evimizə daxil olan suyun tərkibində, xlor, dəmir, mis, sink, formaldegid, arsen, benzol, fenol, civə, dizentiriya yaradan bakteriyalar, mikroblar və viruslar mövcud ola bilər. Nəzərə alsaq ki, insan bədəni 78% sudan ibarətdir və gündə 3 litr su qəbul edirik, o zaman bir il ərzində bu maddələrlə bədənimizin  nə qədər çirkləndiyini düşünün. Belə suyun qəbulu insan bədənində hər cür onkoloji xəstəliklər yaradır.

Bəs içməli suyun sahib olduğu təbii keyfiyyətini və duruluğunu necə qaytarmaq olar?
İçməli suyun topladığı və özüylə birlikdə gətirdiyi bu çirkləri filtr vasitəsilə tam təmizləmək mümkündür. Xüsusən də su qaynaqlarının azalması səbəbilə su təmizləmə sistemlərinə böyük ehtiyac var.
 

İçməli su probleminin həlli !
İçməli su probleminin həlli – “Əks Osmos Sistemli su filtrləri”.
Nəticədə su qarışıqlardan azad olur: dəmir, ammonyak və ammonium duzları, nitratlar, nitritlər, ftorlar, sulfatlar, xloridlər, bikarbonatlar, kalsium, magnezium, xlor qalığı, silisium, natrium, alümin qalığı. Bundan başqa, əks osmos filrlərin sayəsində suyun ümumi codluğu azalır və suyun qaynadılması zamanı ərpin əmələ gəlməsinin qabağını alır. Əks osmos filtrlərində təmizlənmiş su pis qoxulardan azad olur, heç bir başqa     SU TƏMİZLƏMƏ SİSTEMİ   bunu təmin etmir.

editors
editors
editors
editors
editors
editors